İtaliyanın “CRA-Carlo Ratti Associati və Italo Rota” dizayner studiyasının arxitektorlarının maraqlı layihəsi əsasında tennis göydələninin tikintisi planlaşdırılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihə müəllifləri torpağın qiymətinin baha olduğu ölkədə 8 nəhəng tennis kortunu bir-birinin üzərində quraşdırmaq qərarına gəliblər. Tennis kortları yüngül konstruksiyalardan hazırlanacaq və burada idman verilişləri translyasiya olunacaq.

Uzunluğu 90 metr və ümumi sahəsi 5,5 min kvadratmetr olacaq göydələndə modulları – kortları istənilən formada yerləşdirmək mümkündür.