İspan müğənni Xulio İqlesias villasını satışa çıxarıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Malaqa şəhərində yerləşən villa 45 hektar ərazini əhatə edir.

Sənətçi ona 145 mln. avro qiymət qoyub. Daşınmaz əmlak 12 otaqdan, 8 hamamdan, ayrıca səsyazma otağından, 6 qarajdan, hovuzdan və şərab saxlamaq üçün şəraitin olduğu zirzəmidən ibarətdir. Bundan başqa, villanın ərazisində 5 otaqlı qonaq evi də var.