Kanada şirkətinin mütəxəssisləri tikinti texnologiyalarından istifadə etməklə innovativ 3D çaplı möhtəşəm meşə evi yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, orijinal meşə evi təmiz havada təbiətin gözəlliyindən həzz almağa imkan verəcək.

Tikintisi təqribən 15 günə başa gələn innovativ evinin sahəsi 35 kvadratmetrdir.

Evin interyeri çox sadə olmaqla lazımi avadanlıqla təchiz edilib. İki yataq otağı, qonaq otağı, mini mətbəx, duş və vanna otağından ibarət ev təbiətin gözəl guşəsində, eləcə də açıq havada vaxt keçirməyə üstünlük verənlər üçün nəzərdə tutulub.