İndoneziya Prezidenti Coko Vidodo ölkə paytaxtının Yava adasından köçürülməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu ölkənin inkişaf planlaşdırma naziri Bambanq Broconeqoro deyib.

O bildirib ki, qərar adada böyük sıxlıqla əlaqədardır.

Hələlik yeni paytaxtın yeri müəyyən edilməyib. Nazir bildirib ki, paytaxtın dəyişdirilməsi on ilədək davam edə bilər.