Honkonq və Mumbai 2016-cı ildə mənzilləri ən bahalı olan şəhərlərin reytinqində lider olublar.

“Bloomberg” xəbər verir ki, bu barədə “Oxford Economics”in hesabatında deyilir.

Honkonq, Mumbai, Pekin, Şanxay və London sakinlərinin orta əmək haqqı səviyyəsi ilə 90 kvadratmetr sahəyə malik mənzil alması üçün 30 ildən çox işləməsi tələb olunur.

“Yaxın illərdə Asiyada mənzillərin qiymətlərindəki artımın yavaşıyacağını gözləyirik. Bəzi bazarlarda isə hətta azalma olacaq”, – hesabatda yazılıb.

Ən bahalı mənzillər olan şəhərlərin reytinqində 5-ci sırada London qərarlaşıb. İlk onluğa həmçinin Tokio, Sinqapur, Paris, Nyu-York və Seul da daxil olub.

Report