“Solaleyya Designs” arxitektura studiyası tərəfindən hazırlanan “Domespace” adlanan taxta ev əslində unikal dizayna malikdir və günəş enerjisi ilə qızdırılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, evin günbəzi fırlanan dayağa quraşdırılıb. Bunun sayəsində isə günəş panelləri olan günbəz günəşin olduğu istiqamətə çevrilə bilir.

Bundan əlavə, onun aerodinamik forması istənilən təbii fəlakətlərə qarşıdır.