Londonun mərkəzində, yerdən 35 metr hündürlükdə “asılmış” mühəndis möcüzəsi adlandırılan 25 metrlik şəffaf hovuzun tikintisi yekunlaşmaq üzrədir. “HAL architects” arxitektura şirkətinin layihə müəlliflərinin fikrincə, texniki xüsusiyyətlərinə və konstruksiyasına görə dünyada onun analoqu yoxdur.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 10 metr məsafədə yerləşən və iki 10 mərtəbəli binanı birləşdirən hovuzun uzunluğu 25 metrdir. Maraqlıdır ki, bina sakinləri aralarındakı piyada yolla və ya hovuzu üzüb keçməklə bir-birinə qonaq gedə bilərlər.

Akvarium formasında tikilmiş hovuza yaxın vaxtlarda 148 min litr su doldurulacaq.

Hovuzun konstruksiyası özündən 20 dəfə artıq yükə davam gətirə bilər. Odur ki, onun altından keçən piyadalar üçün heç bir təhlükə törətmir.