İnternetdə “Google” şirkətinin Londonda inşa etməyə hazırlaşdığı yeni ofis binasının eskizləri və planı yayılıb.

 

İKT.ent.az-ın “The Verge” saytına istinadən verdiyi xəbərə görə, hazırda “Google”un Londondakı müxtəlif ofislərində 4 minə yaxın əməkdaş çalışır. Yeni mənzil-qərargahda isə 7 min nəfər çalışa biləcək.

 

Bina 11 mərtəbədən ibarət olacaq. Sahəsi azı 80 min kv. metr təşkil edəcək. Binanın damında 300 metr uzunluğunda park olacaq. Bundan başqa, ofisdə futbol meydançasının olduğu idman zalı, 25 metrlik hovuz, qaçış zolaqları, oyun zonaları da yaradılacaq.

 

Tikintinin başlanması 2018-ci ilə nəzərdə tutulub. İşlərin nə vaxt yekunlaşacağı məlum deyil.

 

Xatırladaq ki, “Apple” korporasiyası hazırda Kaliforniyada nəhəng ofis inşa etdirir. İşlər artıq yekunlaşmaq üzrədir.