İtaliya intibahının vətəni hesab olunan Florensiyada fərdi evlərin turistlər üçün qısamüddətli icarəsinə icazə verilməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Florensiyanın meri Dario Nardella deyib.

O bildirib ki, məqsəd UNESCO-nun xüsusi ərazi olaraq müəyyən etdiyi tarixi mərkəzin mənzil icarəsi tətbiqləri vasitəsilə boşaldılmasının qarşısını almaq və yerli yaşayış yerlərini qorumaqdır. Qərar iyunun 1-dən qüvvədədir.

Florensiyanın tarixi mərkəzində hazırda 8500 evin müvəqqəti əsaslarla kirayəyə verildiyi bildirilir.

Qeyd edək ki, İtaliyanın tarixi və turistik şəhərlərindən biri olan Florensiyanı il ərzində milyonlarla turist ziyarət edir.