“Knight Frank” konsaltinq şirkəti 2020-ci ilin III rübünün yekunlarına əsasən elit daşınmaz əmlakın illik qiymət artımı səviyyəsi üzrə dünya şəhərlərinin reytinqini hazırlayıb.

APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, 45 şəhərin yer aldığı reytinqin birinci pilləsində Yeni Zelandiyanın ən böyük şəhəri Oklend şəhəri qərarlaşır. İllik müqayisədə sözügedən şəhərdə elit daşınmaz əmlaka olan qiymətlər 12,8% artıb. İlk üçlükdə Filippinin paytaxtı Manila (+10,2%) və Çinin Şençjen (+8,9%) şəhərləri yer alıb.

Elit daşınmaz əmlakın qiymət artımı üzrə TOP-10 şəhər: 

#

Şəhər

Ölkə

1

Oklend

Yeni Zelandiya

2

Manila

Filippin

3

Şençjen

Çin

4

Keyptaun

CAR

5

Dubay

BƏƏ

6

Cenevrə

Avstriya

7

Honkonq

Çin

8

Lissabon

Portuqaliya

9

London

Böyük Britaniya

10

Los-Anceles

ABŞ