İngiltərə vətəndaşı Uillou Rid “eBay” internet-hərracda ada satışa çıxarıb. Adanın ilkin satış qiyməti 500 min dollar müəyyən edilib, amma adanın hərracsız da alınma imkanı mövcuddur.

Bu barədə “Dom.Lenta”-ru xəbər verir.

Adanın ümumi sahəsi 1,5 hektardır. U.Rid adaya 4 il bundan qabaq 188 min dollara alıb. O, adada anasının ölümündən sonra 2,5 il yaşayıb. Lakin bir müddət sonra depressiyadan çıxaraq İngiltərəyə qayıdıb və adanı satmaq fikrinə düşüb. Saytdakı satış elanına xeyli sayda potensial alıcı baxıb, lakin bu günədək heç biri adaya sahib olmaq üçün ciddi cəhd etməyib.

Elanda adada geniş ev və qonaq kottecin olduğu bildirilir. Belizayadək motorlu qayıqla 20 dəqiqəyə çatmaq olar.

Oxu.Az