ABŞ-ın Kanzas-Siti şəhərindəki Schlitterbahn Su Parkında Verruckt adlı attraksion -su təpəsi fəaliyyət göstərir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, su təpəsi ən yaxın analoqların əksəriyyətindən qat-qat yüksəkdir. Verruckt – dünyanın ən uzun su təpəsi olmaqla 264 pilləli pilləkənə malikdir. 17 mərtəbəli bina hündürlüyündə olan quruluşun hündürlüyü 51 metr, borusunun uzunluğu isə təxminən 100 metrdir.

Bunun sayəsində bu su təpəsi Ginnesin Rekordlar Kitabına düşüb.