Malayziyada 660 metr yüksəklikdə yerləşən dünyanın ən yüksək tək dayaqlı piyada körpüsü yalnız bir polad dayağa bərkidilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, uzunluğu 125 metr olan körpü bənzərsiz olmaqla havadan asılı qalan dünyanın ən hündür qurğusudur.

Burada piyadaların təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülüb.