Dubayda 3D çap texnologiyası vasitəsilə yaradılan ilk villalar iki ay ərzində istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu binaların yaradılması üçün tələb olunan bütün avadanlıq və alətlər artıq Dubaya gətirilib.

Hələlik layihənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd olunur ki, 2030-cu ilədək şəhərdə yeni binaların 25 faizinin müasir üsulla “çap olunması” nəzərdə tutulur.