Pandemiyanın yaratdığı böhran şəraitində daşınmaz əmlak investisiya cəlbediciliyini qoruyub saxlayır.

Avropanın iri beynəlxalq sərmayədarları əvvəlki kimi, daşınmaz əmlaka xüsusi diqqət yetirirlər.

“PwC and Land Urban Institute” şirkəti tərəfindən aparılan araşdırmaya görə, bu il investisiya cəlbediciliyinə görə Berlin birinci yeri tutur. Buna həm sabitləşmiş ofis daşınmaz əmlak bazarı, həm də Almaniya hökumətinin pandemiyanın nəticələrini yumşaltmaq məqsədilə həyata keçirdiyi tədbirlər səbəb edib. Beləliklə, ilk üçlüyə Berlin, London və Paris daxildir. Ümumilikdə isə daşınmaz əmlak sektorunun yüksək investisiya cəlbediciliyi baxımından Avropanın ilk on şəhəri bunlardır: Berlin, London, Paris, Frankfurt, Amsterdam, Hamburq, Münhen, Madrid, Milan və Vyana.