Avstraliyanın “Contained” şirkəti istifadə olunmuş dəniz konteynerindən mini otellərin tikintisi üzrə ixtisaslaşıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, belə otellərin özəlliklərindən biri də onu dünyanın istənilən yerində quraşdırmağın mümkünlüyüdür.

Otelin həcmi 33 kubmetr olmaqla, burada 2 çarpayı, kiçik bir qonaq otağı, mətbəx və vanna otağı yerləşir. Böyük şüşə qapılar isə buraya hər zaman günəş şüasının düşməsinə şərait yaradır.