Çinin daşınmaz əmlak bazarına inam itdiyinə görə, ölkədə evlərin qiyməti iyul ayında son 6 ilin minimumuna düşüb.

Banker.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatlarına görə, iyulda Çinin 70 böyük şəhərində əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 1.67% ucuzlaşıb. İyun ayında isə əmlak qiymətləri illik müqayisədə 1.29% ucuzlaşıb. İyul ayında da qiymətlər əvvəlki ayla müqayisədə 0.11% azalıb.

İyulda 70 böyük şəhərdən 22-də qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb. İyun ayında isə 21 şəhərdə qiymət artımı yaşanmışdı.

Aylıq əsasda nəzər yetirdikdə, 70 şəhərdən 30-da qiymətlər bir əvvəlki aya nisbətən yüksəlib. İyun ayında 31 şəhərdə qiymətlər əvvəlki ayla müqayisədə artmışdı.