Çin arxitektorlarının “Conservatory” adlanan “horizontal göydələn” layihəsi sözün əsl mənasında dünya möcüzəsi sayıla bilər.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, layihəyə əsasən 4 göydələnin damında daha birisi- “horizontal göydələn” inşa ediləcək. Çəkisi 12000 ton olacaq və 250 metr hündürlükdə yerləşəcək unikal konstruksiyada çoxsaylı apartamentlər, ofis, ticarət mərkəzi və otellər, həmçinin istirahət üçün zonalar nəzərdə tutulub.

“Horizontal göydələn”in tikintisində alüminium panel və şüşələrdən istifadə ediləcək. Hazırda tikintisi aparılan göydələnin 2018-ci ildə yekunlaşdırılması planlaşdırılır.