Cari ildə Tokionun işgüzar məhəllələrində 19 göydələnin inşası başa çatdırılacaq.

AZƏRTAC “Mori Trust” əmlak agentliyinə istinadla xəbər verir ki, Şibuya stansiyası yaxınlığında yerləşən 35 mərtəbəli həmin binalardan birində mehmanxana və ofis otaqları olacaq.

İyunda Nihonbaşi rayonunun şərqində yerləşən 32 və 37 mərtəbəli iki göydələnin inşası tamamlanacaq. Həmin binalarda da böyük universal mağazanın və digər kommersiya obyektlərinin yerləşəcəyi bildirilir.

Agentliyin proqnozlarına görə, Tokionun mərkəzində yerləşəcək ofis binalarının sayı özünün ən yüksək həddinə 2020-ci ildə, Yaponiya paytaxtında keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı çatacaq.