Monakoda daşınmaz əmlakın qiyməti 2016-ci ildə rekord həddə çatıb. Qiymətlər 15% artaraq bir kvadrat metr üçün 41,42 min avroya bərabər olub (44,1 min dollar).
Bu göstərici Nyu-Yorkun ən prestijli rayonu hesab olunan Manxettendəki korporativ mənzillər ya da kondominimumlardan 2  dəfədən artıq bahadır, həmçinin Londonda yerləşən hər hansı bir lüks evdən də 2 dəfə bahadır.
Knyazlığda 2016-cı ildə alınan 33 yeni evlərin təxminən yarısı 10 milyon avrodan yuxarı qiymətə satılıb.
Qeyd edək ki, Monakoda daşınmaz əmlakın qiyməti füsünkar iqliminə, əla xidmətlərinə və prestijinə görə həmişə yüksək dəyərdə olub. Knyazlıq Fransanın Mavi sahilindən sadəcə 221 kilometr aralıda yerləşir. Buna görə Monakoda investisiya yatırımı kimi mülkiyyət çox populyardır.
Burada evlər və binalar Mavi sahildəki analoqlarından daha bahadır. Deyilənə görə, dünyanın ən bahalı daşınmaz əmlakı məhz burada yerləşir.
Qiymətlər çox aşağı təklif və yüksək tələbat əsasında formalaşır. Buna görə ekspertlər knyazlığda evlərin ucuzlaşmasını gözləmirlər.
Hətta 2016-ci ilin yayında Nitsada baş verən terror aktı Monakodakı daşınmaz əmlakın dəyərdən düşməsinə əngəl olmadı.
Fins.az