Bu ilin II rübündə qlobal mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin daşınmaz əmlak üzrə konsaltinq şirkəti “Knight Frank”ın “Qlobal Ev Qiyməti İndeksi” hesabatında bildirilib.

Sənədə əsasən, II rübdə inkişaf etmiş ölkələrdə qiymətlər ortalama 12 %, inkişaf etməkdə olan ölkələrdə isə 4 % artacaq.

Bu ilin II rübündə mənzil qiymətləri ən çox artan ölkələr Türkiyə (29,2 %), Yeni Zellandiya (25,9 %), ABŞ (18,6 %) və Slovakiya (18,6 %) olub.

Hesabat dövründə Cersi adasında mənzil qiymətləri dəyişməzkən, Hindistan (0,5 %) və İspaniyada (0,9 %) isə azalma qeydə alınıb.

Qeyd edək ki, hesabat 55 ölkəni əhatə edir.