Böyük Britaniyada yeni atom elektrik stansiyası (AES) inşa ediləcək.

AZƏRTAC xəbər verir ki, Fransanın “EDF” enerji şirkəti ilə Sufolk bölgəsində 20 milyard funt sterlinq dəyərində yeni “Sayzvel C” adlı AES-in tikilməsi üçün danışıqlara başlanılıb.

Stansiyanın 3,2 milyard giqavat elektrik enerjisi istehsal etməsi planlaşdırılır ki, bu da ölkənin enerji ehtiyacının 7 faizinə cavab verir. Bu baş verərsə, “Sayzvel C” ən çox elektrik enerjisi istehsal edən AES olacaq.

Britaniya hökuməti, layihənin tikinti və istismar proseslərində minlərlə yeni iş yerinin yaradılacağını açıqlayıb.