58 yaşlı ukraynalı qadın Vera İvaşko bağ evinin tikintisi zamanı evin isidilməsində daha ucuz və maraqlı üsuldan istifadə etmək qərarına gəlib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, tikinti materialları çox baha olduğundan qadın 5000 ədəd boş limonad şüşəsindən yararlanıb. Bütün bu işləri ay yarım ərzində heç bir mütəxəssis cəlb etmədən özü görən V.İvaşko evin istilik probleminin optimal həllinə nail olub.

Bununla da, evin kommunal xərcləri də xeyli azalıb.