Qırğızıstan Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, Bişkekdə eyni vaxtda 10 min adamın ibadət edəcəyi məscid tikilir. Tikinti işləri 2017-ci ildə başa çatacaq.

Məscidin uzunluğu 100, eni 50, minarələrin hündürlüyü 60 metrdir, tikinti 3,5 hektar ümumi sahədə aparılır.

Məscidin tikintisini Türkiyə maliyyələşdirir. Bu məqsədlə indiyədək 10 milyon dollar həcmində vəsait xərclənib.

azərtac