Hazırda Türkiyədə 1,5 milyon riskli tikili var. Onlardan 300 mini İstanbuldadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum 1999-cu il avqustun 17-də ölkənin Marmara bölgəsində baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının anma mərasimində deyib.

Nazir bu tikililərin qarşıdan gələn beş il ərzində yenidən inşa ediləcəyini, bu istiqamətdə işlərin ölkənin 81 vilayətində aparılacağını bildirib.