Bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 35 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin aprel ayı ilə müqayisədə 52 mənzil və ya 2,dəfə azdır.

Ümumilikdə isə yanvar-aprel aylarında 319 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin dörd ayı ilə müqayisədə 55 ədəd və ya 14,7% azdır.

Qeyd edək ki, bu ilin aprelində Türkiyədə 796 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 2 972 ədəd və ya 4,7 dəfə azdır.

Bu ilin yanvar-aprel aylarında isə Türkiyədə 13 485 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 1 621 ədəd və ya 12% azdır.

2020-ci ilin aprel ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar apreldə 157, yanvar-aprel aylarında isə 2 021 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 103, yanvar-apreldə isə 1 95mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar apreldə 61 mənzil, yanvar-apreldə isə 824 mənzilə sahib olub.