Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edir.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 137 mənzil alıblar. 2019-cu ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 125 mənzil almışdılar.

2020-ci ilin Yanvar-Oktyabr dövründə (10 ayda) isə azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. 2019-cu ilin eyni dövründə bu say 954 idi.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir.

Oktyabrda Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 23,1% artaraq 5 min 258 olub. Xaricilər ən çox mənzili İstanbul, Antaliya, Ankara, Yalova və Bursadan alıblar.