Avstraliyanın “Partners Hill” arxitektura studiyası müasir inşaatın möcüzəsi adlandırılan çoxfunksiyalı evin layihəsini təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, uzunluğu 110 metr olan şəxsi evin damı altında yaşayış sahəsi ilə yanaşı, restoran, tövlə və kiçik bağça da yerləşir.

Maraqlıdır ki, ekoloji cəhətdən təmiz meyvə-tərəvəzləri artıq çölə çıxmadan, ev bağçasında dərmək mümkündür. Tövlədə isə ev heyvanlarını saxlamaq üçün şərait yaradılıb.

Layihədə mini-otel də nəzərdə tutulub. Burada həm qonaqlar üçün bir neçə lyuks nömrə, həm də sadə kənd stilində tərtib olunmuş otaqlar var.