Avstraliyanın Melburn şəhərində “UNStudio” memarlıq studiyası tərəfindən layihələndirilən bina ölkədə ən hündür göydələn olacaq.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yaşıllığa bürünmüş binanın damüstü parkı ictimai istifadə üçün ayrılıb. Burada ofis, yaşayış, otel və sərgi sahəsi yerləşəcək. Göydələndə, həmçinin market, eyvan və terrasları olan ticarət və əyləncə obyektləri, “BMW” servis mərkəzi yer alacaq.

Göydələndə açıq eyvanlar, bağlar görüş və ünsiyyət üçün nəzərdə tutulub. Yaşıl sahələr səs-küyü udmaqla yanaşı, havanı təmizləyəcək.