Britaniyanın Rotherham bölgəsində yerləşən, Avropanın ən əzəmətli evi hesab edilən “Wentworth Woodhouse” 7 milyon funt sterlinqə qoruq təşkilatına satılıb.

Təşkilat bu tarixi evin təmir-bərpası üçün 40 milyon funt sterlinq vəsait ayırdığını açıqlayıb.

Qeyd edək ki, 365 otaqlı ev 1999-cu ildə memar Clifford Nevbold tərəfindın alınmışdı. 2015-ci ildə memarın ölümündən sonra ailəsi evi satışa çıxarmışdı.