Böyük britaniyalı Stiv Cons köhnə avialayner turbinindən təkərli mobil ev düzəldib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, britaniyalının məqsədi qeyri-adi evdə ailəsi ilə birgə gəzintiyə çıxmaqdır.

İxtisasca mühəndis olan S.Cons arzusunu həyata keçirmək üçün 10 min saat əmək və 5000 dollar sərf edib. Miniatür evdə 4 nəfərlik ailənin rahat yaşaması üçün zəruri şərait yaradılıb.

Təkərlər üzərində şütüyən evə görə Stivə hətta 25 min dollar təklif etsələr belə, o, alnının təri ilə yaratdığı mənzilindən imtina etməyib.