Qazaxıstanın Astana və Qaraqanda şəhərləri dünyanın ən soyuq şəhərləri siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, mənfi 37-38 dərəcə ilə Qaraqanda yeddinci, Astana on birinci yerdədir.

Sinoptiklərin verdiyi məlumata görə, şənbə və bazar günlərindən başlayaraq havanın tempraturu mənfi 12 dərəcəyə qalxacaq.