2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycan vətəndaşları Türkiyədə 604 ev əldə ediblər.
Bu barzdə Marja.az Türkiyənin Statistika qurumuna (TÜİK) istinadən xəbər verir.
2023-cü ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 642 ev əldə etmişdilər.
2024-cü ilin Sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 87 ev alıblar (2023-cü ilin sentyabr ayında 98 mənzil almışdılar).
Türkiyədə xaricilərə ev satışları 2024-cü ilin sentyabr ayında ötən eyni ayı ilə müqayisədə 31% azalaraq 2 min 22-yə düşüb. Sentyabrda xaricilərə ev satışının ümumi mənzil satışlarında payı 1,4 faiz olub. Əcnəbilərə ən çox ev İstanbul (783 ), Antalya (548) və Mersində (210) satılıb. Sentyabr ayında ölkə vətəndaşlarına görə ən çox ev satışı müvafiq olaraq 346 ilə Rusiya Federasiyası, 163 ilə İran və 139 ilə İraq vətəndaşlarına edilib.