Meksikanın “Green Magic Home” arxitektura bürosu 3 günə tikilən və cəmisi 500 dollara başa gələn modul evin layihəsini təqdim edib.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, layihə müəlliflərinin fikrincə, polimer materialdan hazırlanan və 37,5 kvadratmetr sahəyə malik evi hətta diletant adamlar da quraşdıra bilər.

Evin konstruksiyaları Meksikanın Kankun şəhərində hazırlanır. Yuvaya bənzər modul evlərdə insan özünü nağıllar aləmindəki kimi hiss edir.