ABŞ-ın “Winnebago” şirkətinin istehsal etdiyi “Horizon” adlı avtobus-ev rahatlığı və unikal layihəsi ilə seçilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, uzaq məsafələrə gəzinti üçün də nəzərdə tutulmuş avtobusda əsl ev mühiti yaradılıb. Belə ki, həcmcə kiçik olan avtobusda bütün zəruri avadanlığı olan mətbəx, hamam, qonaq və yataq otaqları yerləşdirilib.

Antena sistemi və əyləncə mərkəzi ev sahibini və qonaqlarını yolboyu darıxmağa qoymayacaq.

Avtobus-evin qiyməti isə 435 min dollardır.