Rusiyanın Stupino şəhərində ilk dəfə olaraq 3D printerdə ev çap olunub.

Bu barədə inşaat printeri istehsal edən “Apis Cor” şirkətinin saytında məlumat dərc edilib.

Moskva ətrafında yerləşən Stupino şəhəri 3D çap texnologiyası ilə yaradılan evlər üçün başlanğıc meydançası olub. “Apis Cor” şirkəti ilk dəfə olaraq orada yaşayış evi yaradıb. Bu ev öncədən çap edilmiş panellərdən yığılmayıb, tam olaraq çap edilib.

Ümumi sahəsi 38 kv. metr olar birmərtəbəli evi tərtibatşılar bir günə inşa ediblər. Mürəkkəb əvəzinə onlar beton qatqısından istifadə ediblər. Divarların, divar arakəsmələrinin və digər konstruksiyaların çapı bitdikdən sonra 3D printer kran manipulyatorun köməyi ilə evdən çıxarılıb.

Evin çapı üçün istifadə olunan mobil 3D printerin çəkisi 2,5 tondur. Onun konstruksiyası bir az qaldırıcı kranı xatırladır. Belə bir cihazın sayəsində inşa edilən binada ondan istər daxili, istərsə də çöl işlərinin tikintisində istifadə etmək mümkündür.

lent.az