Çinin bir əmlak ofisi Londonda bir villanı 210 milyon sterlinq ilə rekord qiymətdən satın almaq üçün razılaşıb.

 

“Marja” xəbər verir ki, Knightsbridge-də olan 45 otaqlı villanın satış qiyməti 200 milyon sterlinqdən (262 milyon dollar) yüksəkdir.

 

“Cheung Chung Kiu”nun özəl ailə ofisinin açıqlamasına görə, 2-8a Rutland Gate-də olan “Hyde Park” mənzərəli villanı almaq üçün razılaşıb.

 

İngiltərədə bir əmlak üçün ödənən ən yüksək məbləğ olacaq razılaşma, təxminən on il əvvəl Oxfordshire-də bir ev üçün ödənən 140 milyon sterlinqi geridə qoyur.

 

Eyni zamanda, qlobal əmlak bazarında ən böyük razılaşmalardan biri olacaq satış, məşhur hedc fondu meneceri Ken Griffinin keçən il Nyu – Yorkda Manhattanda bir teras mərtəbəsi üçün ödədiyi 238 milyon dolları da geridə qoyacaq.

 

Çinli investorun villanı tək ev kimi qoruyacağı, yoxsa bir neçə mənzillərə çevriləcəyi barədə hələ bir qərar verməyib. Villanın mənzillərə çevrilməsi vəziyyətində dəyərinin 700 milyon sterlinqə qədər qalxa biləcəyini ifadə edilir.