2020-ci ildə Dubayın mərkəzində Gələcəyin Muzeyi açılacaq.

AZƏRTAC xəbər verir ki, muzeydə yeni nəsil texnologiyalar, ən müasir ixtiralar və innovativ layihələr təqdim ediləcək. Ziyarətçilər, muzeydə insanların həyatını dəyişəcək texnologiyalar barədə geniş məlumatlandırılacaqlar.

Gələcəyin Muzeyi “Emirates Towers” metro stansiyasının yanında inşa edilir. Oval formada tikilən bina memarlıq abidəsi olmaqla yanaşı, turizm mərkəzinə də çevriləcək.