“Tengbom Architects” studiyasının dizaynerləri tələbənin ehtiyac və istəklərinə uyğun olaraq, həyat keyfiyyətini yaxşılaşdırmaq üçün 10 kvadratmetrlik sahədən istifadə edən ağıllı tələbə evini dizayn ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, taxtadan düzəldilən tələbə evi iqtisadi cəhətdən də əlverişlidir. Ekoloji təbii materiallardan tikilən kompakt evdə tələbənin rahat yaşaması və oxuması üçün bütün zəruri şərait yaradılıb. Bundan başqa, ev rahat yataq otağı, müasir mətbəx, vanna otağı və kiçik bağçadan ibarətdir.

Şirkət tələbələrin zövqünə oxşayan kompakt evdən 22-ni istifadəyə verib.