Böyük Britaniyanın Finder.com saytı 91 ölkənin paytaxt şəhərlərində ikiotaqlı mənzillərin orta qiymətinə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspertlər Honkonqun mərkəzində ikiotaqlı mənzilin orta qiymətini 1,7 milyon ABŞ dolları göstərib.

İkiotaqlı mənzilin ən baha olduğu ikinci şəhər Böyük Britaniyanın paytaxtı Londondur. Finder.com orta qiymətin 1,04 milyon dollar olduğunu bəyan edib.

Üçüncü yerdə qərar tutan Sinqapurda ikiotaqlı mənzilin orta qiyməti 1 milyon dollara yaxındır.

Siyahını Misirin paytaxtı Qahirə qapayır. Bu şəhərdə ikiotaqlı mənzilin orta qiymətinin 35 min 500 dollar olduğu vurğulanır.