Əlcəzairin cənub-qərbində yerləşən bəzi şəhərlərində qeyri-adi evlər peyda olub. Burada evləri saman və ya kərpicdən deyil, plastik butulkalardan tikirlər.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, bu cür evlər bir sıra üstünlüklərə malikdir. Belə ki, onlar ekstremal klimatik xüsusiyyətlərə malik olmaqla daha dözümlüdürlər.

Plastik butulkadan tikilən evlərin texnologiyası əslində çox sadədir. Əvvəlcə plastik butulkalara qum doldurulur, sonra isə onlar beton qarışığı vasitəsilə bir-birlərinə “yapışdırılır”.

Maraqlıdır ki, plastik butulkadan inşa edilən evlər su keçirmirlər.