24 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 15 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

 

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106018754
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092  gün
Faiz ödənişləri (olduqda) 24 mart 2020-ci il, 22 sentyabr 2020-ci il, 23 mart 2021-ci il, 21 sentyabr 2021-ci il, 22 mart 2022-ci il, 20 sentyabr 2022-ci il
Faiz gəliri 8.5 %
Ödəmə tarixi 20.09.2022
Anderrayter Paşa Kapital İŞ

QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

@Marja