Azərbaycan Mərkəzi Bankı bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətlərini müəyyən edib. Bu barədə  Mərkəzi Bankdan məlumat verilib.

“AMB bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta xidmətləri göstərəcək şirkətlərin seçimi üzrə tenderə yekun vurub”, – bankın nümayəndəsi bildirib.

Tenderin yekunlarına görə, bankın əsas vəsaitlərinin (əmlakının) sığortaçısı qismində “Ata Sığorta”, nağd pulların sığortaçısı qismində – “PAŞA Sığorta”, nəqliyyat vasitələrinin (KASKO) sığortaçısı qismində – “AXA Mbask” Siğorta Şirkəti müəyyən edilib.

Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2019-cu il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər (AVSMMİS) 2020-ci il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.

Hazırda AMB-yə əsas vəsaitlərin, nağd pulların və avtomobillərin sığortalanması üzrə “PAŞA Sığorta” şirkəti, avtonəqliyyat vasitələrinin sığortalanması üzrə “AXA Mbask” sığorta şirkəti xidmət göstərir.

 

@Fins.az