27 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106016758
Emissiya həcmi 20 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092  gün
Faiz ödənişləri (olduqda) 25 fevral 2020-cu il, 25 avqust 2020-ci il, 23 fevral 2021-ci il, 24 avqust 2021-ci il, 22 fevral 2022-ci il, 23 avqust 2022-ci il
Faiz gəliri 9 %
Ödəmə tarixi 23.08.2022
Anderrayter Paşa Kapital İŞ

QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

@Marja