Dövlət şirkəti “AzərGold” QSC “Kəşfiyyat buruq qazma işlərinin satın alınması” üzrə keçirdiyi tenderin qalibini elan edib.

Qalib şirkət “AZ Dağ-Mədənİstismar” MMC-dir. Kəşfiyyat buruq qazma işlərini satın almaq “AzərGold”a 10 milyon 307 min manata başa gələcək. Artıq tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki, “AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

@Marja