Azərbaycan 2019-cu ilin 1-ci yarısında 2 mln. 988 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

“Yanvar-iyun aylarında Azərbaycan  2 mln. 988 min dollar dəyərində 231,330 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 27,3%, dəyər ifadəsində 25,2% azalıb”, – deyə məlumatda bildirilir.

Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 6 ay ərzində bu ölkəyə 2 mln. 448 min dollar dəyərində (azalma 30,8%) 217,480 min dekalitr (azalma 23,5%) şərab ixrac edilib.

2018-ci ildə Azərbaycan 7 mln. 562 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib.

2018-ci ildə Azərbaycanda 1,5 mln. dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsalın həcmi 48,9% artıb.

Şərab məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 mln. dekalitrədək artırılması qarşıda duran vəzifələrdən biridir.

@Fins.az