Azərbaycan Kredit Bürosu müştərilərinin stabil və davamlı qərar vermə imkanlarını yüksəltmək üçün onlara hər bir potensial borcalan üzrə fərdi kredit reytinqi (skorinq) məhsulunu təqdim edir.

Kredit skorinq – riyazi-statistik metodlara əsaslanan və müştərinin krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında qiymətləndirən reytinq sistemidir. Skorinq modeli riskləri proqnozlaşdırmaq üçün dizayn edilir ki, kredit məhsulu təqdim edən təşkilatda borcalanın qarşıdakı müddət ərzində kredit öhdəlikərini ödəmə imkanları haqqında fikir formalaşdırır.

Təqdim olunan skorinq modelində ballar 300-800 arasında dəyişir. Fərdi reytinqlər çoxsaylı faktorların təsiri altında formalaşır.Bu faktorlardan ən çox təsir edən beşi aşağıdakılardır:

  • Kredit tarixçəsi üzrə gecikmə günlərinin olmaması;
  • Son üç ay üzrə ödənişlərdə gecikmələr;
  • Aktiv kreditlərin sayı;
  • Aylıq borc yükünün həcmi;
  • Çoxsaylı kredit müraciətləri.

@Fins.az