Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

Türkiyənin Statistika Komitəsi  xəbər verir ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. 2018-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 73 mənzil almışdılar.

2019-cu ilin Yanvar-İyul dövründə (7 ayda) isə azərbaycanlılar Türkiyədə 623 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 487 idi.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 15-ci yerdədir. Yanvar – İyul ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar –   4071 mənzil. İraqlıların ardınca 2666 mənzil ilə İran, 1479 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər.

Türkiyədə xaricilərə mənzil satışı sürətlə artır və yanvar-iyul dövründə 24 min 144 ədədə çatıb. Keçən ilin eyni dövründə xaricilərə 14 min 674 ədəd məznil satılmışdı. Beləliklə, xaricilərə mənzil satış 64,5% artıb.