“Rəvan Sığorta” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 445 min manat xalis mənfəət ilə başa vurub.

Şirkətin yarımillik hesabatına istinadən, cari ilin yanvar-iyun dövründə “Rəvan Sığorta”nın cəmi gəlirləri 1 milyon 115 min manat, cəmi xərcləri isə 670 min manat təşkil edib.

Müqayisə üçün bildirək ki, 2018-ci ilin 1-ci yarısında “Rəvan Sığorta”nın cəmi gəlirləri 2 milyon 135 min manat, cəmi xərcləri 3 milyon 177 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən şirkətin 66 min manat zərəri yaranmışdı.

Ötən ilin ilk 6 ayında “Rəvan Sığorta”nın topladığı sığorta haqları 687 min manat ikən, bu ilin eyni dövründə 1 milyon 291 min manata yüksəlib. Sığorta ödənişləri isə 547 min manatdan 172 min manata düşüb.

@Marja