“Knight Frank” beynəlxalq konsaltinq şirkətinin açıqlamasına görə, Moskva şəhəri elit mənzillərin qiymət artımına görə dünya reytinqində 3-cü yeri tutur.

AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın paytaxt şəhəri illik 9,5 faiz artımla 46 şəhərin elit mənzillərinin qiymətləri ilə bağlı yalnız Berlin və Frankfurt şəhərlərindən geri qalır.

Bununla yanaşı, 2019-cü ilin ilk rübü ilə müqayisədə Moskvada elit mənzillərin qiymətində 2,5 faiz azalma müşahidə olunub.